İsrailin baş naziri Benyamin Netanyahunun fələstinli məhbuslara edam cəzası tətbiq edən qanun layihəsini dəstəklədiyi bildirilib.
Yeniera.az xəbər verir ki, İsrail parlamentinin Milli Təhlükəsizlik Komitəsi fələstinli məhbuslara ölüm cəzası tətbiq edən qanun layihəsini müzakirə edib.
Komitəyə danışan Məhbuslar və İtkin Şəxslər üzrə Koordinator Qal Hirş, Qəzzada yaşayan İsrailli məhbuslara zərər verə biləcəyi üçün əvvəlki iclasda qanun layihəsinə qarşı çıxdığını bildirib.
Hirş bildirib ki, o, indi qanun layihəsini dəstəkləyir, çünki bütün yaşayan İsrail məhbusları azad edilib.
İsrail rəsmisi qeyd edib ki, Netanyahu da fələstinli məhbuslara ölüm cəzası nəzərdə tutan qanun layihəsini dəstəkləyir.
Bu arada Komitə qanun layihəsini təsdiqləyərək parlamentdə səsverməyə zəmin yaradıb.
Yeganə

