İsrailin baş naziri Benyamin Netanyahu anklavın cənub hissəsində baş verən atışma hadisəsindən sonra hərbçilərə Qəzzada radikallara qarşı qətiyyətli addımlar atmağı əmr edib.
Yeniera.az xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanasının bəyanatında deyilir
Bundan əvvəl İsrail ordusu anklavın cənubundakı Rəfah şəhəri ərazisində radikalları atəşkəsi kobud şəkildə pozmaqda ittiham edərək, onlara zərbələr endirib.
“HƏMAS-ın atəşkəsi pozmasından sonra Baş nazir Netanyahu müdafiə naziri İsrael Katz və təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə məsləhətləşmələr aparıb və Qəzza zolağında terrorçuların hədəflərinə qarşı qətiyyətli addımlar atmağa göstəriş verib”, – deyə bəyanatda qeyd edilib.
Yeganə

