Türkiyənin cənub-şərqində yerləşən Diyarbəkir vilayətində dəhşətli yol qəzası qeydə alınıb. Toy mərasiminə üz tutan qonaqları daşıyan nəqliyyat vasitəsinin qəzaya uğraması faciə ilə nəticələnib.
Yeniera.az xəbər verir ki, xəbər veriİdarəetmədən çıxan sərnişin mikroavtobusu şose yolunda çevrilib. Qəzanın baş verdiyi əraziyə dərhal xilasetmə dəstələri, həkim qrupları və jandarma qüvvələri səfərbər edilib.
İlkin məlumatlara əsasən, ağır qəza nəticəsində 7 nəfər həyatını itirib, müxtəlif dərəcəli bədən xəsarətləri alan digər 9 nəfər isə xəstəxanalara yerləşdirilib. Həkimlər yaralılardan birinin durumunun kritik olduğunu bildirirlər. Faktla əlaqədar istintaq tədbirləri davam etdirilir.///NOCOMMENT.AZ
