Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova vəzifəsindən azad edilib.

Yeniera.az Bakuposta istinadla xəbər verir ki, o, işdən çıxarılması ilə bağlı ərizə yazdığını təsdiqləyib.

“Bundan sonrakı qərarı TƏBİB verəcək”, – deyə N.Bəşirova bildirib.

Qeyd edək ki, Nurəngiz Bəşirova 2023-cü ildən Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsində çalışırdı. Sözügedən tibb mərkəzi uzun illərdir orada baş verən ölüm halları ilə daha çox məşhurlaşıb.

Xatırladaq ki, bu gün Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və “Yeni Klinika”nın direktoru Barat Yusubovun da işdən çıxarıldığı təsdiqlənib.

Exit mobile version