Türkiyənin “Başakşəhər” komandasının yeni baş məşqçisi məlum olub.
Yeniera.az xəbər verir ki, İstanbul təmsilçisi bu vəzifəyə tanınmış mütəxəssis Nuri Şahini təyin edib.
Onunla imzalanacaq müqavilənin detalları açıqlanmayıb.
37 yaşlı məşqçi sonuncu dəfə Almaniyanın “Borussiya” (Dortmund) klubunda çalışıb.

