Avstraliyalı kitabxanaçı Lorens Uotkins iki sözdən ibarət uzun adla Ginnesin Rekordlar Kitabına düşüb.
Yeniera.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Ginnes” rəsmi saytı məlumat dərc edib.
Belə ki, 2253 unikal sözdən ibarət olan ad bu ilin oktyabrında rəsmi qeydə alınıb.
Adındakı hər bir söz simvolik məna ifadə edir.
Watkinsin adı rəsmi sənədlərdə 20-dən çox səhifəni əhatə edir. Hər biri tək formada olan 2253 sözdən ibarətdir.
Əvvəlki rekorddan iki dəfə çox olan bu ada yazıçıların, alimlərin və musiqiçilərin adları, ədəbi terminlər və Uotkinsin öz uydurma sözləri daxildir.

