Türkiyənin “Trabzonspor” klubu “Mançester Yunayted”in qapıçısı Andre Onananın icarəyə götürəcək.
Yeniera.az-ın məlumatına görə, iki klub arasında icarəylə bağlı danışıqlar son mərhələyə çatıb.
Razılıq əldə olunarsa, 29 yaşlı qolkiper tibbi müayinədən keçmək üçün Trabzona gələcək.
Klub “Qırmızı şeytanlar”a icarə haqqı ödəməyəcək.
Bununla belə, Onananın bir illik maaşını qarşılayacaq.
Qeyd edək ki, kamerunlu qapıçı bu mövsüm bir rəsmi oyunda iştirak edib.
Leyla Cəfərova

