AFFA milliyə yeni baş məşqçi tapmaqda problemlə üzləşib.
Saytımız bu yöndə yeni məlumat əldə edib.
Redaksiyamıza daxil olan informasiyaya görə, federasiyanın nümayəndələri bir neçə əcnəbi mütəxəssislə əlaqə saxlayıb.
Onlara dünya çempionatının qarşıdakı 4 oyununda komandamıza başçılıq etmələri təklif olunub.
Fəqət, danışıqlar aparılan xaricilərin heç biri qısamüddətli çağırışa müsbət yanaşmayıb. Ən azı, 2 illik müqavilə istəyiblər.
Bu arada U-21-in və «Şamaxı»nın baş məşqçisi Ayxan Abbasovun qarşıdakı 4 oyunda millini çalışdırması üçün şərti məlum olub.
Bilindiyi kimi, yığmamız oktyabrda dünya çempionatının seçmə mərhələsi çərçivəsində iki oyuna çıxacaq.
Komandamız Fransa və Ukrayna ilə səfərdə üz-üzə gələcək. Noyabrda isə Fransa və İslandiya ilə Bakıda qarşılaşacağıq.
\\\Sportinfo.az

