Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Naxçıvanda ağır qəza oldu – Ölən və yaralananlar var
  • Bakıda kişi qadını mağazada döydü – Saxlanıldı – VİDEO
  • Sabah bu ərazilərdə qaz kəsiləcək
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Onlara da ünvanlı sosial yardım veriləcək

Onlara da ünvanlı sosial yardım veriləcək

Gündəm Ariz Əhədov27.02.2026 - 10:10
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Özünüməşğulluğun təşkili prosesi başa çatanadək işsiz şəxslərin ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması təklif edilir.

YENİERA.az trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Belə ki, özünüməşğulluğun təşkili prosesi tam başa çatanadək (əmlak təhvil verilənədək) işsiz şəxslərə, xüsusən də bir sıra hallarda həmin şəxslərin müvafiq əmlakla təmin olunması prosesinin bir ildən artıq müddətə uzandığını nəzərə alaraq, onların məşğulluğun digər formasından yararlanması və ya ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması məqsədilə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi təklif edilir.

Həmçinin, Dövlət Məşğulluq Agentliyinin yaratdığı müvafiq yerli komissiyanın özünüməşğulluğa cəlb edilmə barədə qərarının işsiz və işaxtaran şəxsin elektron kabinetinə yerləşdirildiyi, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərildiyi tarixdən hesablanmaqla əmlakın verilməsi barədə müqavilənin bağlanılmasınadək müddətin müəyyən edilməsi məqsədilə “Özünüməşğulluğun təşkili Qaydası”na dəyişikliyin edilməsi də təkliflər arasındadır.

Məlumat üçün bildirək ki, “Özünüməşğulluğun təşkili Qaydası”na əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün əmlak verilənədək özünüməşğulluğa cəlb olunmuş şəxsin məşğul şəxs olduğu aşkar edildikdə ona əmlakın verilməsinin və özünüməşğulluğuna kömək göstərilməsinin dayandırılması haqqında 5 iş günü müddətində Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumu və ya DOST mərkəzləri tərəfindən qərar qəbul edilir, onun elektron kabinetində yerləşdirilir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərilir.

Bənzər Xəbərlər

19.07.2026 - 20:11Gülnar Əliyeva

Naxçıvanda ağır qəza oldu - Ölən və yaralananlar var

19.07.2026 - 20:01Gülnar Əliyeva

Bakıda kişi qadını mağazada döydü - Saxlanıldı - VİDEO

19.07.2026 - 19:58Gülnar Əliyeva

Sabah bu ərazilərdə qaz kəsiləcək

19.07.2026 - 00:30Gülnar Əliyeva

Müctəba Xamenei üzə çıxdı və görün nə dedi - ŞOK TƏHDİD

18.07.2026 - 22:31Gülnar Əliyeva

Başqalarının hissləri ilə ustalıqla oynayan BÜRCLƏR

18.07.2026 - 21:36Gülnar Əliyeva

Moskva ilə bağlı xəbərdarlıq: 2 gün davam edəcək

18.07.2026 - 21:33Gülnar Əliyeva

Müdafiə Nazirliyindən ölən hərbçimizlə bağlı AÇIQLAMA - Həmin paraşüt...

18.07.2026 - 10:38Gülnar Əliyeva

Türkiyədə güclü ZƏLZƏLƏ OLDU

18.07.2026 - 10:11Gülnar Əliyeva

Pensiya alanların nəzərinə

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 100

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 456

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 493

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 356
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.