Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkədə elektron siqaretlərin satışını qadağan edən qanunu imzalayıb.
Yeniera.az xəbər verir ki, Özbəkistan Ədliyyə Nazirliyinin məlumatına görə, bu qanunun pozulmasına görə beş ilədək həbs cəzası nəzərdə tutulur.
Xüsusilə, elektron siqaretlərin və onlar üçün mayelərin əldə edilməsi, saxlanması, daşınması, ötürülməsi, istehsalı, Özbəkistana idxalı və ya ixracı qadağandır.
Qanunun əhəmiyyətli dərəcədə pozulmasına yol verildikdə və ya inzibati tənbeh tətbiq edildikdən sonra əsas hesablama vahidinin 300 mislindən 500 mislinədək miqdarda cərimə (10,3 min ABŞ dollarından 17,2 min ABŞ dollarınadək) və ya iki ildən üç ilədək müddətə islah işləri və ya məhdudlaşdırma və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
“Eyni zamanda, bu hərəkətləri törədən şəxs səlahiyyətli orqanlara təqsirli bilinərsə və qadağan olunmuş əşyaları təhvil verərsə, məsuliyyətdən azad edilir”, – deyə Nazirliyin bəyanatında qeyd olunub.
Yeganə

