Məşhur “Özsüt”ün filialını idarə edən şirkətin böyük vergi borcu üzə çıxdı — Rəhbərliyi tez-tez dəyişib
Azərbaycanda tanınmış restoran şəbəkələrindən olan “Özsüt”ün Xırdalan filialını idarə edən “LEGİON HOSPITALİTY” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə irihəcmli vergi borcu yaranıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, qida və qonaqpərvərlik sektorunda fəaliyyət göstərən şirkətin hazırda rəsmi olaraq 81 036.65 AZN vergi borcu mövcuddur.
Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı, ev 36 ünvanında qeydiyyatda olan MMC-nin qanuni təmsilçisi cari ilin may ayında növbəti dəfə dəyişərək Vidadi Məhərrəməli oğlu Məmmədov olub. Diqqətçəkən məqam isə budur ki, 2022-ci ildə qurulan şirkət fəaliyyət göstərdiyi qısa müddət ərzində artıq 3-cü rəhbərini (əvvəlki rəhbərlər Vüsal Məmmədov və Rafael Hacıyev) dəyişib.
Xarırladaq ki, “LEGİON HOSPİTALİTY” MMC, rəsmi tərəfdaşı olan “Özsüt Azerbaijan” MMC ilə françayzinq öhdəliklərinin pozulması səbəbindən 12 mart 2024-cü ildə başlayan və Bakı Kommersiya Məhkəməsində davam edən iri həcmli çəkişmə yaşayır. Bununla yanaşı, şirkət dövlətə statistik hesabatları vaxtında təqdim etmədiyi üçün Yasamal Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada cərimələnib. Eyni zamanda, MMC-nin fəaliyyət dövründə dövlət büdcəsinə yığılmış vergi borcları və maliyyə hesabatlılığı problemləri ilə bağlı mənfi məlumatlar mövcuddur.
