Pakistan hökuməti Əfqanıstanla münaqişədə 48 saatlıq müvəqqəti atəşkəs elan edib.
Yeniera.az xarici mediaya istinadən xəbər verir ki, bunu Baş nazir Şahbaz Şərif açıqlayıb.
O bildirib ki, Əfqanıstan hökumətinin səmimi davranacağı təqdirdə danışıqlara başlayacaqlar.
Qeyd edək ki, oktyabrın 9-da Pakistan ordusu Əfqanıstanın paytaxtı Kabil yaxınlığında Pakistan Talibanının (TTP) hədəflərinə hava zərbələri endirib. Əfqanıstan təhlükəsizlik qüvvələri oktyabrın 11-də Pakistanın sərhəd bölgəsindəki postlarına geniş hücumlarla cavab verib.

