Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Sabah bu ərazilərdə işıq olmayacaq
  • Faciəvi şəkildə ölən Səidin nişanı olacaqmış – Fotolar
  • “Qarabağ”da daha bir itki
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Paşinyan “boz kardinal”la yollarını ayırır -hakim komandada böhran

Paşinyan "boz kardinal"la yollarını ayırır -hakim komandada böhran

Dünya Gülnar Əliyeva16.07.2026 - 12:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Ermənistanın baş naziri Nikol Paşinyan seçkilərin nəticələrindən sonra hakim “Vətəndaş Müqaviləsi” partiyasında genişmiqyaslı kadr dəyişikliklərini davam etdirmək niyyətindədir. Musavat.com erməni nəşrlərinə istadla bildirir ki,  Ermənistan mətbuatının və hakim partiyadakı mənbələrin yaydığı məlumatlara görə, Paşinyan ilk növbədə uzun illər ən yaxın silahdaşları hesab olunan şəxsləri hədəfə alıb.

Picture background

Məlumdur ki, ilk “qurban” parlamentin sədri Alen Simonyan olub. Seçki kampaniyası boyunca Paşinyanı bütün səfərlərində müşayiət edən, onunla birlikdə bölgələri gəzən, hakimiyyətin təbliğatının əsas simalarından biri kimi çıxış edən Simonyan müxalifətə qarşı ən sərt ritorikanı məhz baş nazirin siyasi xətti çərçivəsində həyata keçirirdi. Lakin görünür, seçki nəticələri Paşinyanın öz komandasına münasibətini dəyişib. Növbəti hədəfin isə Nazirlər Kabineti Aparatının rəhbəri Araik Arutyunyan olacağı bildirilir. Ermənistan hakimiyyətində uzun illər Paşinyanın ən yaxın adamlarından biri hesab olunan Arutyunyan dövlət idarəçiliyində və hakim partiyanın daxili fəaliyyətində əsas fiqurlardan biri kimi tanınırdı. Bir çox siyasi müşahidəçilər onu Paşinyanın “boz kardinalı” adlandırırdı.Uzun illər müxalifətdə Nikol Paşinyanla birlikdə fəaliyyət göstərib və 2018-ci il “Məxməri inqilabı”nın əsas təşkilatçılarından biri olub.2018-ci ildə Paşinyan hakimiyyətə gəldikdən sonra Araik Arutyunyan əvvəlcə təhsil, elm, mədəniyyət və idman naziri təyin edildi. Daha sonra Baş nazir Aparatının rəhbəri vəzifəsinə gətirildi və faktiki olaraq hökumətin koordinasiya mərkəzinə çevrildi.Araik Arutyunyan mediada çox görünməsə də, Ermənistan hakimiyyətində bir çox mühüm qərarların hazırlanmasında iştirak etdiyi iddia olunur. Siyasi müşahidəçilərin fikrincə, Araik Arutyunyanın mümkün vəzifə dəyişikliyi təkcə kadr rotasiyası deyil, həm də Paşinyanın hakim komandasında nüfuz balansının yenidən formalaşdırılması cəhdi kimi qiymətləndirilir.

Məlumatlara görə, Paşinyan Arutyunyanı NK Aparatının rəhbəri vəzifəsindən uzaqlaşdıraraq parlümentdə sıravi deputat kimi fəaliyyət göstərməsini planlaşdırır. Bu, əvvəllər Arsen Torosyanla bağlı tətbiq olunan ssenarinin təkrarı kimi qiymətləndirilir. Erməni mətbuatının yazdığına görə, bu qərarın əsas səbəbi seçkilərin nəticələri deyil, Paşinyanın yaxın çevrəsinə olan etimadını itirməsidir. İddialara əsasən, Araik Arutyunyan baş naziri inandırmağa çalışıb ki, hakim partiya seçkilərdə təxminən 65 faiz səs toplayacaq və qələbə faktiki olaraq təmin olunub. Lakin nəticələr bu proqnozları doğrultmayıb və Paşinyanın yaxın komandasına münasibətində ciddi dəyişiklik yaradıb.

Picture background

Bununla yanaşı, Arutyunyanın özünün də sıravi deputat mandatı ilə kifayətlənmək niyyətində olmadığı bildirilir. Mənbələrin məlumatına görə, o, hazırda rəhbərlik etdiyi Ermənistan Ağır Atletika Federasiyasındakı fəaliyyətini daha yüksək idman-siyasi vəzifə ilə davam etdirmək istəyir və gələcək planlarını Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti postu ilə əlaqələndirir. Hazırda bu vəzifəni 2004-cü ildən etibarən “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan tutur. Ermənistan mediası yazır ki, Paşinyan Tsarukyanın ölkənin idman sistemindəki təsirini zəiflətmək və onu bu postdan uzaqlaşdırmaq niyyətindədir. Bununla belə, hökumətin əsas tərkibində ciddi dəyişikliklər gözlənilmir. Baş nazir Nikol Paşinyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, baş nazir müavinləri və nazirlər səviyyəsində kadr dəyişikliklərinə ehtiyac görmür. “Baş nazir müavinləri və nazirlər səviyyəsində dəyişiklik zərurəti görmürəm. Hesab edirəm ki, müəyyən kadr dəyişiklikləri icra hakimiyyətinin digər pillələrində baş verəcək”, – deyə Paşinyan bildirib.

Beləliklə, Ermənistan hakimiyyətində diqqət artıq nazirlərə deyil, Paşinyanın ən yaxın çevrəsinə yönəlib. Siyasi müşahidəçilər hesab edirlər ki, baş nazir seçkilərdən sonra hakim komanda daxilində məsuliyyət bölgüsü aparmağa və zəifləyən siyasi mövqelərini daxili kadr dəyişiklikləri hesabına möhkəmləndirməyə çalışır. Bu isə “Vətəndaş Müqaviləsi” daxilində etimad böhranının dərinləşdiyini və qarşıdakı aylarda yeni istefaların gündəmə gələ biləcəyini göstərir.

Musavat.com 

Bənzər Xəbərlər

20.08.2026 - 01:24Gülnar Əliyeva

Sabah bu ərazilərdə işıq olmayacaq

20.08.2026 - 01:23Gülnar Əliyeva

Faciəvi şəkildə ölən Səidin nişanı olacaqmış - Fotolar

20.08.2026 - 01:22Gülnar Əliyeva

"Qarabağ"da daha bir itki

20.08.2026 - 01:21Gülnar Əliyeva

Bu ölkədə ikinci dil Azərbaycan dilidir

20.08.2026 - 00:22Gülnar Əliyeva

Avqustun son günləri bu bürclər üçün fərqli olacaq

20.08.2026 - 00:08Gülnar Əliyeva

"By Ella" narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı

19.08.2026 - 23:40Gülnar Əliyeva

Anar Nəcəfli işdən çıxarıldı

19.08.2026 - 17:00Gülnar Əliyeva

Ramiz Rizayevin səhhəti pisləşdi

19.08.2026 - 16:41Gülnar Əliyeva

İki gün güclü külək əsəcək

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 833

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 946

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 905

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 729
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.