“Bu səfərlər tez-tez olur. Paşinyan artıq seçimini edib və Rusiyanın ölkədə ağırlığının azalmasına çalışır”.
Bu fikirləri Yeniera.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya getməsindən danışarkən deyib.
Deputat qeyd edib ki, ABŞ-də sülh sənədinin paraflanması Rusiyanın bölgədə ağırlığının azalmasını göstərdi:
“ABŞ-də sülh sənədinin paraflanması bunu göstərdi. Rusiya böyük və Ermənistanla strateji tərəfdaş olan dövlətdir. Hər halda Rusiya ilə balansı saxlamaq vacibdir. Çox güman ki, Paşinyan Moskvaya bu niyyətlə gedib. Bütövlükdə isə daha çox Qərbyönümlü siyasət yeritdiyinə görə Moskva burada hansısa qərarın və yeniliyin olmasını düşünmür”.
Mikayıl Mirzəzadə

