“Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin müdafiə naziri Suren Papikyanın işindən narazıdır. Hətta bu yaxınlarda tərəflər arasında sərt söhbət baş tutub”.

Yeniera.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Bildirilib ki, Paşinyan əsas olaraq orduda ölüm hallarının artmasından, eləcə də Silahlı Qüvvələrin ünvanına səsləndirilən tənqidlərdən narazıdır:

“Bundan əlavə, hakimiyyət orqanları arasında pərdəarxası olaraq Papikyanın da parlamentin sabiq spikeri Alen Simonyanla eyni aqibəti yaşayacağı barədə söhbətlər gedirdi. Lakin Baş nazir “özününkülər” arasında uyğun namizədə sahib olmadığından risk etməməyə qərar verib və onu yenidən müdafiə naziri təyin edib”.

Qəzet həmçinin yazır ki, Müdafiə Nazirliyi orduda ölüm statistikasını saxtalaşdırır və məlumatları gizləyir: “Bədbəxt hadisələrin əksəriyyəti barədə məlumat açıqlanmır, yalnız medianın üzə çıxardığı insidentlər ictimaiyyətə açıqlanır. Nazirlik özünə bəraət qazandıraraq bildirir ki, bu halların bir hissəsi orduda xidmətlə əlaqəli deyil”.

Exit mobile version