Ermənistanın Baş naziri Nikol Paşinyan İsrailin qondarma “erməni soyqırımı”nı tanıması ilə bağlı rəsmi İrəvanın mövqeyini açıqlayıb.

Yeniera.az xəbər verir ki, Baş nazir bildirib ki, dövlət olaraq bu addıma qarşı hər hansı cavab vermək niyyətləri yoxdur: “Biz buna reaksiya verməyi lazımsız hesab edirik, çünki “erməni soyqırımı” məsələsinin siyasi silah kimi istifadə olunmaması məhz Ermənistan Respublikasının maraqlarına uyğundur. Yaxın dövrdə bu istiqamətdə hər hansı bir bəyanat və ya reaksiya gözlənilmir”.

Exit mobile version