Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Tanınmış aparıcının həyat yoldaşı VƏFAT ETDİ
  • İlham Əliyev Fərman İMZALADI
  • Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı, rəsmən elan edildi

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı, rəsmən elan edildi 

İqtisadiyyat Gülnar Əliyeva13.08.2026 - 11:53
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

2026-cı ildə Azərbaycanda vətəndaşların fərdi şəxsi hesablarındakı pensiya kapitalı ötən ilin istehlak qiymətləri indeksinə uyğun olaraq 5.6 faiz artırılıb. Yaşa görə əmək pensiyası hüququ qazanmaq üçün tələb olunan minimum pensiya kapitalının həddi isə 46 080 manat səviyyəsində saxlanılıb.

Bu günlərdə müzakirəyə səbəb olan mövzulardan biri vətəndaşların pensiya yaşına çatmazdan əvvəl öz pensiya kapitallarının bir hissəsindən istifadə hüququnu əldə edə bilməsi məsələsidir. Bu kapital əsasən iki hissədən ibarət olur – əmək pensiyası kapitalı (sığorta hissəsi), əlavə kapital (təqaüdə çıxmaq üçün toplanan digər məbləğlər və ya könüllü ödənişlər).

Yeniera.az xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, vətəndaş pensiya yaşına çatdıqda onun əmək fəaliyyəti dövründə topladığı pensiya kapitalı gələcək pensiya məbləğinin müəyyənləşdirilməsində əsas göstəricilərdən biridir:

“Hazırda pensiya kapitalı 144-ə bölünür və əldə olunan məbləğ vətəndaşın pensiyasının müəyyənləşdirilməsi üçün istifadə olunur. Eyni zamanda, minimum pensiya məbləğinə uyğun olaraq minimum pensiya kapitalı da müəyyənləşdirilir”.

Deputat bildirib ki, hazırda minimum pensiya 320 manatdır:

“Bu məbləğin 144-ə vurulması nəticəsində minimum pensiya kapitalı 46 080 manat təşkil edir. 25 il sığorta stajı olan və tələb olunan pensiya kapitalını toplayan vətəndaşlar əmək pensiyası almaq hüququ əldə edirlər. Azərbaycanda aparılan pensiya siyasəti çərçivəsində 2018-ci il iyulun 1-dək pensiya kapitalı toplamış şəxslərin də əmək pensiyası almaq hüququ əldə etməsi ilə bağlı imkan yaradılıb”.

Deputat pensiya kapitalı minimum həddən aşağı olan vətəndaşlarla bağlı fərqli yanaşmanın tətbiq edilməsini təklif edib:

“Bəzi hallarda vətəndaşın topladığı pensiya kapitalı minimum pensiya kapitalından az olur. Biz təklif edirik ki, belə məqamlarda diferensial yanaşma tətbiq edilsin. Minimum pensiya kapitalına yaxın məbləğ toplamış vətəndaşların pensiyası və ya onlara ediləcək ödənişlər müəyyənləşdirilərkən faktiki topladığı pensiya kapitalı da nəzərə alınsın”.

Vüqar Bayramov əlavə edib ki, ümumi qayda pensiya kapitalı əsasında pensiya məbləğinin müəyyənləşdirilməsinə əsaslanır. Minimum pensiya məbləğinin artırılması isə öz növbəsində minimum pensiya kapitalının məbləğinə də birbaşa təsir göstərir.

Bənzər Xəbərlər

14.08.2026 - 13:20Gülnar Əliyeva

Tanınmış aparıcının həyat yoldaşı VƏFAT ETDİ

14.08.2026 - 12:55Gülnar Əliyeva

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

14.08.2026 - 12:45Gülnar Əliyeva

“Guya tuneli bağladıq ki, Azərbaycan Ordusu əraziyə girəndə…”

14.08.2026 - 12:33Gülnar Əliyeva

Pensiya ilə bağlı vətəndaşları sevindirəcək XƏBƏR

14.08.2026 - 12:20Gülnar Əliyeva

Ən çox istifadə olunan dərmanların YENİ QİYMƏTLƏRİ – SİYAHI

14.08.2026 - 11:53Gülnar Əliyeva

Azərbaycanda bu kəndlə əlaqə kəsildi - FOTO

14.08.2026 - 11:40Gülnar Əliyeva

Sabahdan "Nizami" və "28 May" arasında qatar olmayacaq

14.08.2026 - 11:28Gülnar Əliyeva

"Qalatasaray"da gözlənilməz ayrılıq

14.08.2026 - 11:15Gülnar Əliyeva

“Global Media”nın əməkdaşı vəfat etdi - Foto

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 752

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 885

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 860

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 694
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.