Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İran raketlərlə hücuma keçdi
  • Bu gün saat 10:00-dan işıq olmayacaq – bu ərazilərdə
  • Xameneinin SAĞLAMLIĞI ÜÇÜN 10 min qoyun kəsiləcək
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Pensiya sistemində dəyişiklik edilir?

Pensiya sistemində dəyişiklik edilir?

Cəmiyyət Gülnar Əliyeva07.08.2026 - 09:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanda yaşlı, ağır xəstə və əlilliyi olan şəxslər üçün baxım sosial sığorta sisteminin yaradılması məqsədəuyğun olardı.

Yeniera.az bildirir ki, bunu Modern.az-a açıqlamasında iqtisadçı Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, belə sistem uzun illərdir Avropa ölkələri və ABŞ-da tətbiq olunur və insanların uzunmüddətli gündəlik qayğıya olan ehtiyaclarının qarşılanmasına xidmət edir.

“İnsan yaşlandıqca həm qulluq, həm maddi, həm də tibbi baxımdan ehtiyacları artır. Xüsusilə qulluq məsələsi çox önəmlidir. Belə bir sistemin Azərbaycanda da tətbiqi yaxşı olardı”, – deyə o bildirib.

İqtisadçı qeyd edib ki, Azərbaycanda yaşlı insanlar üçün sosial xidmət müəssisələri fəaliyyət göstərsə də, hər kəs həmin müəssisələrdə yaşamaq istəmir.

“Elə insanlar var ki, evini tərk etmək istəmir və öz evində qalmağa üstünlük verir. Belə şəxslərin ev şəraitində qulluq, tibbi xidmət və digər ehtiyaclarının qarşılanması üçün baxım sosial sığorta sisteminin tətbiqi faydalı ola bilər”, – V.Əhmədov vurğulayıb.

O hesab edir ki, bu sistem xüsusilə ağır xəstələr və əlilliyi olan şəxslər üçün daha əlverişli olar.

Vahid Əhmədov bildirib ki, pensiya sistemində də dəyişikliklərə ehtiyac var.

“İnsanlar pensiyaya çıxana qədər sosial sığorta haqqı ödəyirlər və onların fərdi hesablarında vəsait toplanır. Elə insanlar var ki, həmin hesabda 200-400 min manat vəsaiti formalaşıb. Hesab edirəm ki, pensiyaya çıxdıqdan sonra həmin vəsaitin müəyyən hissəsindən öz ehtiyaclarını ödəmək üçün istifadə edə bilməlidirlər. Çünki bu, onların öz əməyi hesabına yığılan vəsaitdir”, – deyə o bildirib.

İqtisadçı əlavə edib ki, Azərbaycanın maliyyə imkanları belə bir modelin mərhələli şəkildə tətbiqinə şərait yaradır.

“Azərbaycanda maliyyə vəziyyəti normaldır. Belə islahatları birdən-birə deyil, mərhələli şəkildə həyata keçirmək mümkündür. Bununla yanaşı, yaşlılar, əlillər və ağır xəstələrə dövlət dəstəyinin daha da genişləndirilməsinə ehtiyac var”, – Vahid Əhmədov qeyd edib.

Bənzər Xəbərlər

17.08.2026 - 02:08Gülnar Əliyeva

İran raketlərlə hücuma keçdi

17.08.2026 - 02:04Gülnar Əliyeva

Bu gün saat 10:00-dan işıq olmayacaq - bu ərazilərdə

17.08.2026 - 00:15Gülnar Əliyeva

Xameneinin SAĞLAMLIĞI ÜÇÜN 10 min qoyun kəsiləcək

16.08.2026 - 23:56Gülnar Əliyeva

Cəmi 1 ədəd istehsal edildi: 40 milyon dollara SATILDI - FOTO

16.08.2026 - 23:54Gülnar Əliyeva

Avqustun sonuna kimi çətin sınaqlarla qarşılaşacaq bürclər

16.08.2026 - 23:33Gülnar Əliyeva

Tanınmış iş adamı VƏFAT ETDİ - FOTO

16.08.2026 - 22:55Gülnar Əliyeva

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa... - Həkim səbəbləri AÇIQLADI

16.08.2026 - 22:54Gülnar Əliyeva

Bakıdan bu istiqamətə axın başladı – Sentyabrda nə olacaq? 

16.08.2026 - 21:42Gülnar Əliyeva

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 791

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 916

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 879

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 711
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.