Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Yaxın-uzaq Danimarka – qürbətdə yaşanan doğmalıq – FOTO
  • Sabah bu ərazilərdə işıq olmayacaq
  • Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşdü – Foto
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Pensiya və müavinətlərlə bağlı YENİLİK

Pensiya və müavinətlərlə bağlı YENİLİK

Cəmiyyət Ariz Əhədov22.02.2026 - 23:46
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanda pensiya və sosial müavinətlərin hansı bank vasitəsilə alınması məsələsi yenidən gündəmə gəlib.

YENİERA.az xəbər verir ki, hazırda pensiyaçıların və sosial ödəniş alan vətəndaşların böyük hissəsi vəsaitlərini əsasən iki bank üzərindən əldə edir.

Bu isə xüsusilə ödəniş günlərində bankomatların qarşısında uzun növbələrin yaranmasına səbəb olur.

Mövcud sistemdə vətəndaşlar bank seçimi etmək imkanına malik deyil, kartlar avtomatik qaydada müəyyən banklar vasitəsilə sifariş edilir. Bir çox pensiyaçı hesab edir ki, seçim hüququnun olmaması həm rahatlıq, həm də xidmət baxımından məhdudiyyət yaradır. Onların fikrincə, əgər bankı özləri seçə bilsələr, daha əlverişli xidmət və şərtlərdən yararlanmaq mümkün olar.

Xüsusilə yaşlı insanlar üçün bankomat növbələri və əlavə prosedurlar çətinlik yaradır. Bəzi vətəndaşlar bildirirlər ki, fərqli banklara müraciət etməyə öyrəşmədikləri üçün mövcud sistemlə kifayətlənirlər. Digər tərəfdən, bəzi bankların komissiya haqları da narazılıq doğurur. Pensiyaçılar əlavə 2–5 manat xidmət haqqı ödəmək istəmədiklərini vurğulayırlar.

Beynəlxalq təcrübədə sosial ödənişlərin hansı bank vasitəsilə alınması vətəndaşın öz seçiminə əsaslanır. Banklar müştəriləri cəlb etmək üçün əlavə bonuslar, aşağı komissiyalar, keşbek kampaniyaları və digər üstünlüklər təklif edirlər. Bu model maliyyə sektorunda rəqabəti gücləndirir və xidmət keyfiyyətini artırır.

Azərbaycanda da bu istiqamətdə dəyişiklik planlaşdırılır. Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, bank sektoru və aidiyyəti dövlət qurumları tərəfindən zəruri texniki və təşkilati hazırlıq işləri aparılır. Layihənin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Bu məsələ Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində də öz əksini tapıb. Strategiyaya əsasən, vətəndaşların pensiya və müavinət ödənişlərini istənilən bank vasitəsilə almaq üçün bank seçimində sərbəstliyin təmin edilməsi planlaşdırılır.

İlkin mərhələdə əməkhaqqı ödənişlərində seçim hüququnun tətbiqi prioritet hesab olunur. Daha sonra sistemin pensiya və sosial müavinətlərə də şamil ediləcəyi gözlənilir.

Qeyd edək ki, təxminən 1,2 milyon pensiya və sosial yardım alan vətəndaşın bank seçimi imkanı əldə etməsi bank sektoru üçün də iqtisadi baxımdan cəlbedici olacaq. Bu yenilik banklar arasında rəqabəti artıracaq, xidmət haqlarına və komissiyalara təsir göstərəcək, eyni zamanda vətəndaş məmnuniyyətini yüksəldəcək.(bankeraz)

Bənzər Xəbərlər

23.09.2026 - 22:55Gülnar Əliyeva

Yaxın-uzaq Danimarka – qürbətdə yaşanan doğmalıq – FOTO

23.09.2026 - 22:39Gülnar Əliyeva

Sabah bu ərazilərdə işıq olmayacaq

23.09.2026 - 22:25Gülnar Əliyeva

Ərdoğanla Paşinyan Nyu-Yorkda görüşdü - Foto

23.09.2026 - 22:10Gülnar Əliyeva

Millimiz Tacikistanı məğlub ETDİ

23.09.2026 - 20:34Gülnar Əliyeva

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

23.09.2026 - 19:32Gülnar Əliyeva

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

23.09.2026 - 19:15Gülnar Əliyeva

Baş nazir qərar imzaladı

23.09.2026 - 19:00Gülnar Əliyeva

Azərbaycanda beş dövlət şirkəti ləğv olunur

23.09.2026 - 18:00Gülnar Əliyeva

Əfv edilənlər kimlərdir?

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 076

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 112

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 028

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 823
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.