Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq
  • Uşaqları bu saatlarda dənizə aparmayın – XƏBƏRDARLIQ
  • Bu ərazilərdə işıq olmayacaq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Pensiyalar bu qədər artacaq – MƏBLƏĞ

Pensiyalar bu qədər artacaq - MƏBLƏĞ

Cəmiyyət Ariz Əhədov26.01.2026 - 10:25
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Əmək Pensiyaları” haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşların pensiya kapitalı da indeksləşdirilərək hər il artırılır. Sözügüdən qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir.

Yeniera.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılılır.

“Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2025-ci ildə illik inflyasiya səviyyəsi 5.6 faiz olub. Bu o deməkdir, vətəndaşlarımızın 1 yanvar 2026-cı il tarixinə olan pensiya kapitalları 5.6 faiz artırılacaq. Belə ki, əgər vətəndaşın 40 min manat pensiya kapitalı varsa, onun yığımına 2 min 240 manat əlavə olunacaq. Nəticədə, həmin vətəndaşımızın pensiya kapitalı 42 min 240 manat olacaq.

Pensiya kapitalının indeksləşdirilərək artırılması ilə bağlı gələn ayın əvvəllərində Azərbaycan Prezidenti tərəfindən sərəncamın imzalanacağı gözlənilir. Bununla da istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçiriləcək.

Pensiya kapitalının indeksləşdirilməsi yığılan pulların inflyasiyadan qorumaq məqsədi daşıyır. Məqsəd həmin vəsaitlərə qiymət artımlarının təsirlərini minimumlaşdırmaqdadır. Pensiya kapitalının indeksləşdirilməsi ilə pensiyaların indeksləşdirilərək artırılması eyni anlama gəlməməlidir. Pensiya kapitalı inflyasiya səviyyəsinə, əmək pensiyaları isə əvvəlki ildə orta aylıq əmək haqqıda artım faizinə uyğun olaraq artırılır. Pensiya kapitalında artım 5.6 faiz olsa da, əmək pensiyalarının 9.2 faiz artacağı gözlənilir”, – deyə qeyd edib.

Bənzər Xəbərlər

10.07.2026 - 23:54Gülnar Əliyeva

“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq

10.07.2026 - 23:53Gülnar Əliyeva

Uşaqları bu saatlarda dənizə aparmayın - XƏBƏRDARLIQ

10.07.2026 - 23:50Gülnar Əliyeva

Bu ərazilərdə işıq olmayacaq

10.07.2026 - 23:49Gülnar Əliyeva

Bakıda partlayışda yaralanan ər-arvad xəstəxanada öldülər

10.07.2026 - 23:00Gülnar Əliyeva

Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ

10.07.2026 - 22:45Gülnar Əliyeva

Bu ölkədə üçgünlük matəm elan edildi

10.07.2026 - 22:30Gülnar Əliyeva

Qorxmaz Əlili ilə bağlı ÜZÜCÜ XƏBƏR

10.07.2026 - 22:15Gülnar Əliyeva

Hesablama Palatasının səlahiyyətləri artırıldı

10.07.2026 - 22:00Gülnar Əliyeva

Afət Seyidzadəyə VƏZİFƏ VERİLDİ - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 969

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 382

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 447

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 207
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.