Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Milli Məclis 5 sənədi ratifikasiya edəcək
  • Şıxlinski və oğluna növbəti – Hökm oxundu
  • Elnur Hidayətoğluya yüksək vəzifə verildi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Pensiyalarla bağlı vacib xəbər

Pensiyalarla bağlı vacib xəbər

Cəmiyyət Ariz Əhədov26.02.2026 - 11:30
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Son illər Azərbaycanda pensiya sistemi ilə bağlı müzakirələr getdikcə daha da intensivləşir.

Uzun illər işləməsinə baxmayaraq, aldığı pensiyanın aşağı olmasından narazı qalan vətəndaşların sayı az deyil. Bu narazılıqlar bəzən sıravi işçilərlə məhdudlaşmır, hətta keçmiş yüksək vəzifəli şəxslər və sabiq hakimlər də aşağı pensiya məbləğindən şikayət edirlər. Digər tərəfdən, bəzi hallarda pensiyaların artıq hesablandığı, sonradan geri qaytarılmalı olduğu da ortaya çıxır. Bütün bunlar pensiya hesablanması mexanizminin cəmiyyətdə kifayət qədər aydın olmadığını göstərir.

YENİERA.az bildirir ki, xüsusilə 2026-cı ildən etibarən stajın hesablanmasında nəzərdə tutulan dəyişikliklər mövzunu daha актуallaşdırır.

Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Nocomment.az-a bildirib ki, hazırda Azərbaycanda yaşa görə əmək pensiyasının hesablanması əsasən toplanmış pensiya kapitalına əsaslanır:

“Qanunvericiliyə görə, şəxsin fərdi hesabında toplanmış sığorta kapitalı gözlənilən pensiya ödənişi müddətinə – yəni 144 aya bölünür və aylıq pensiya məbləği bu yolla müəyyən edilir. Bu mexanizm kağız üzərində ədalətli görünsə də, real həyatda insanların əmək fəaliyyəti və gəlirləri ilə tam uzlaşmır.

Pensiya kapitalının formalaşmasında əsas mərhələlərdən biri 2006-cı il yanvarın 1-dək olan dövrə aiddir. Həmin tarixədək hər il üçün 306 manat həcmində pensiya kapitalı hesablanır və bu göstərici sonradan indeksləşdirilir. Daha sonra 2006-cı ildən sonrakı dövrdə rəsmi maaşlardan tutulmuş sosial sığorta haqları bu kapitala əlavə olunur. Nəticədə yaranan ümumi məbləğ pensiyanın əsasını təşkil edir.

Lakin problem ondadır ki, uzun illər qeyri-rəsmi işləyən, maaşını tam şəkildə rəsmiləşdirə bilməyən şəxslərin kapitalı aşağı olur və bu da birbaşa pensiyaya təsir edir.

2019–2025-ci illərdə tətbiq olunan mexanizmə əsasən, avtomatlaşdırılmış qaydada pensiya təyin edilərkən, şəxsin fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək müəyyən kapitalı varsa, ona avtomatik olaraq 25 il staj yazılırdı. Bu, bir çox insan üçün pensiya hüququnun yaranmasına imkan verirdi. Lakin 2026-cı ildən etibarən bu qayda dəyişir və hər il üçün bir il azaldılacaq. Yəni 2026-cı ildə bu göstərici 24 il, 2027-ci ildə 23 il olacaq.

Bu isə o deməkdir ki, gələcəkdə daha az insana avtomatik şəkildə tələb olunan staj veriləcək. Bu dəyişikliklər xüsusilə kifayət qədər kapital toplaya bilməyən şəxslər üçün əlavə çətinlik yarada bilər. Çünki qanunvericiliyə əsasən, minimum pensiya kapitalı – hazırda 46 080 manat – olmadığı halda, şəxsin pensiya almaq üçün ən azı 25 il stajı olmalıdır.

Yeni qaydalar fonunda bir çox vətəndaş nə kapital, nə də staj baxımından bu tələblərə cavab verməyə bilər. Bu isə sosial gərginliyin artmasına səbəb ola bilər”.

Nəsirlinin fikrincə, sistemin ən zəif tərəflərindən biri keçmişdə mövcud olan qeyri-rəsmi məşğulluğun nəticələrinin bu gün özünü açıq şəkildə göstərməsidir:

“On minlərlə insan illərlə işləsə də, sosial sığorta ödənişləri düzgün aparılmadığı üçün indi aşağı pensiya alır. Dövlət isə bu problemi əsasən texniki qaydalarla həll etməyə çalışır, sosial reallıqları isə kifayət qədər nəzərə almır”.

Keçmiş hakimlərin pensiya təminatı məsələsinə toxunan ekspert bildirir ki, bu sahədə xüsusi güzəştlər mövcuddur:

“15 il hakim işləmiş şəxslərə orta aylıq əməkhaqqının 50 faizi həcmində əlavə təyin olunur, 15 ildən artıq işləyənlər üçün isə bu göstərici maksimum 80 faizə çatır. Bu, bəzi peşə qrupları üçün daha yüksək təminat mexanizminin olduğunu göstərir və sistemdə bərabərlik prinsipinin tam təmin edilmədiyini ortaya qoyur.

Mövcud pensiya modeli uzunmüddətli perspektivdə yenidən nəzərdən keçirilməlidir. Təkcə kapital və staj göstəricilərinə əsaslanan mexanizm sosial ədaləti tam təmin etmir.

Xüsusilə yaşlı nəslin, sovet dövründə və keçid illərində çalışan insanların maraqları daha geniş şəkildə qorunmalıdır. Əks halda, 2026-cı ildən sonra stajın azaldılması ilə bağlı dəyişikliklər minlərlə vətəndaşın pensiya hüququnu risk altına sala bilər”.

Bənzər Xəbərlər

13.04.2026 - 16:05Ariz Əhədov

Milli Məclis 5 sənədi ratifikasiya edəcək

13.04.2026 - 15:38Ariz Əhədov

Şıxlinski və oğluna növbəti - Hökm oxundu

13.04.2026 - 15:28Ariz Əhədov

Elnur Hidayətoğluya yüksək vəzifə verildi

13.04.2026 - 15:25Ariz Əhədov

Azərbaycan əhalisinin - Ən son sayı

13.04.2026 - 15:10Ariz Əhədov

DSX Akademiyasının kursantı vəfat etdi - Fotolar

13.04.2026 - 14:53Ariz Əhədov

"Veteran pulu" ilə bağlı yeni XƏBƏR

13.04.2026 - 14:40Ariz Əhədov

Bulvarda gülləri əzən 10 nəfər polisə çağırıldı - VİDEO

13.04.2026 - 14:25Ariz Əhədov

Cəmi 2 il öncə müxalifətə keçmişdi... - Yeni Baş nazir olacaq

13.04.2026 - 14:12Ariz Əhədov

Daha 1009 nəfər peşə kurslarına cəlb edilib

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 972

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 860

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 840

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 025
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.