Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Yat, dur 14 min 500 dollar QAZAN – İLGİNC YARIŞMA
  • Egey səmasında yeni gərginlik – 6 türk F-16-sı havada
  • Naxçıvandan “Kurtlar Vadisi”nədək uzanan sirli həyat – Əfsanəvi türk kəşfiyyatçısı…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Pentaqon hazırlıqları bitirdi – BOMBARDMAN BAŞLAYIR

Pentaqon hazırlıqları bitirdi - BOMBARDMAN BAŞLAYIR

Dünya Ariz Əhədov02.02.2026 - 00:54
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

ABŞ Müdafiə Nazirliyi İran tərəfindən mümkün hücum ssenarilərinə qarşı Yaxın Şərqdə hərbi hazırlıq səviyyəsini artırır. ABŞ mətbuatının yazdığına görə, Pentaqon İsrailin, ABŞ-ın ərəb müttəfiqlərinin və regionda yerləşən Amerika hərbi kontingentinin qorunması məqsədilə əlavə hava hücumundan müdafiə sistemləri yerləşdirir.

KONKRET.az xəbər verir ki, The Wall Street Journal qəzetinin 1 fevral tarixli məlumatında bu addımların ABŞ Müdafiə Nazirliyinə aid məlumatlar, uçuşların monitorinqi və peyk görüntüləri əsasında təsdiqləndiyi bildirilir.

Nəşrin yazdığına görə, Pentaqon Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarında əlavə THAAD (Terminal High Altitude Area Defense) və Patriot raketdən müdafiə sistemləri yerləşdirib. Bu tədbirlər əsasən İordaniya, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və Qətərdəki Amerika hərbi obyektlərini əhatə edir.

Yaxın Şərqdə ABŞ hərbi əməliyyatlarına nəzarət edən ABŞ Mərkəzi Komandanlığı məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Eyni zamanda bazar məlumatları və analitik hesabatlar göstərir ki, qlobal miqyasda mümkün ABŞ–İran qarşıdurması maliyyə spekulyasiyalarının da mərkəzinə çevrilib. Məlumata görə, Polymarket platformasında ABŞ-ın İrana mümkün hərbi zərbələrinin vaxtı və ssenariləri ilə bağlı milyonlarla dollar mərc edilib.

Platformada ABŞ-ın İran ərazisinə və ya İranın xarici diplomatik nümayəndəliklərinə hava, dron və ya raket zərbələri endirib-endirməyəcəyi ilə bağlı aktiv ticarət aparıldığı bildirilir. Bu müqavilələr üzrə dövriyyənin on milyonlarla dolları keçdiyi qeyd olunur.

Bununla yanaşı, İranın Ali Lideri Əli Xameneinin hakimiyyətdən uzaqlaşdırılması ehtimalı ilə bağlı mərc müqavilələrinə də bir neçə milyon dollar yatırıldığı bildirilir. Qeyd olunur ki, bəzi istifadəçilər heç bir hadisə baş vermədiyi üçün mərc müddətləri bitdikdən sonra ciddi maliyyə itkiləri ilə üzləşiblər.

Analitiklər hesab edir ki, həm hərbi hazırlıqlar, həm də maliyyə bazarlarında artan spekulyasiya Yaxın Şərqdə gərginliyin kritik mərhələyə daxil olduğunu göstərir.

Bənzər Xəbərlər

13.09.2026 - 03:00Gülnar Əliyeva

Yat, dur 14 min 500 dollar QAZAN - İLGİNC YARIŞMA

13.09.2026 - 02:45Gülnar Əliyeva

Egey səmasında yeni gərginlik - 6 türk F-16-sı havada

13.09.2026 - 02:30Gülnar Əliyeva

Naxçıvandan “Kurtlar Vadisi”nədək uzanan sirli həyat – Əfsanəvi türk kəşfiyyatçısı...

13.09.2026 - 02:15Gülnar Əliyeva

Anası “Sabah”ın oyunçusuna görə “Old Trafford”a getdi

13.09.2026 - 01:50Gülnar Əliyeva

Hörmüzlə bağlı RAZILIQ ƏLDƏ OLUNDU: Bütün qaydalar DƏYİŞDİ

13.09.2026 - 01:43Gülnar Əliyeva

Bu bürclərə ŞAD XƏBƏR

13.09.2026 - 01:36Gülnar Əliyeva

Gürcüstanda sabiq müdafiə nazirinə həbs qərarı - Dövlətə xəyanətdə ittiham olunur

12.09.2026 - 22:07Gülnar Əliyeva

Nevroloq Günel Qardaşova: Sinir sistemi sağlamlığına diqqət artır

12.09.2026 - 22:00Gülnar Əliyeva

Prezidentin xüsusi nümayəndəsi müjdəni verdi: Yaxın zamanda...

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 006

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 062

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 988

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 795
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.