Peru hökuməti keçmiş baş nazir Betssi Çavesə səfirlik iqamətgahında siyasi sığınacaq verən Meksika ilə diplomatik əlaqələri kəsdiyini açıqlayıb.
Yeniera.az xəbər verir ki, Perunun xarici işlər naziri Huqo de Zela Meksika səfirinin Limadakı iqamətgahında keçirdiyi mətbuat konfransında Çavesə siyasi sığınacaq verilməsi ilə bağlı çıxış edib.
Zela qeyd edib: “Bu dost olmayan hərəkət qarşısında və bu ölkənin hazırkı və keçmiş prezidentlərinin Perunun daxili işlərinə təkrar müdaxiləsini nəzərə alaraq, Peru hökuməti bu gündən etibarən Meksika ilə diplomatik əlaqələri kəsməyə qərar verdi”.
Yeganə

