Azərbaycanın tanınmış müğənnisinə ağır itki üz verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, tanınmış müğənni Pərvin Lətifovun anası Almaz Lətifova bu gün qəfil dünyasını dəyişib. O özlərinə məxsus bağ sahəsində çalışarkən əlinə batan yad cismin yaratdığı infeksiya nəticəsində həyatını itirib.
Qeyd edək ki, Pərvin Lətifov tanınmış müğənnidir, “Azəri Star 2005” musiqi müsabiqəsinin finalçılarından biri olub.

