Kreml Rusiya prezidenti Vladimir Putinin nəvələri ilə bağlı sualları cavablandırıb.
Yeniera.az xəbər verir ki, Prezidentin mətbuat katibi Dmitri Peskov “Mayak” radiostansiyasına açıqlama verib.
Qeyd edək ki, Vladimir Putin 7 oktyabr 1952-ci ildə anadan olub. Peskovun sözlərinə görə, Putinin nəvələri onu məhəbbətlə təbrik edirlər”.
Prezidentin doğum günü planlarına gəlincə, Kreml sözçüsü qeyd edib ki, o, ancaq Putinin iş qrafikini bilir.
Xatırladaq ki, rusiyalıların Vladimir Putinə etimadı ilə bağlı yeni statistik məlumatlar daha əvvəl dərc edilmişdi. İctimai Rəy Fondunun məlumatına görə, vətəndaşların 81 faizi dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirir. Respondentlərin 78 faizi Putinə güvəndiyini bildirmişdi.
Yeganə

