Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin aktual məsələlərlə bağlı suallarını cavablandırıb.
Yeniera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Peskov bildirib ki, Ukraynayla müharibə Rusiyanın təhlükəsizliyini və maraqlarını təmin etmək, eyni zamanda böhranın əsas səbəblərini aradan qaldırmaq üçün aparılır.
Peskov Ukrayna ilə danışıqlara açıq olduqlarını bildirərək, “Kiyev rejimi bu məsələdə tamamilə passiv mövqe nümayiş etdirir. Görünür, ukraynalılar Avropadakı sponsorlarına və liderlərinə döyüşə biləcəklərini göstərməyə çalışırlar. Lakin onlar bunu unutmamalıdırlar: Ukrayna tərəfi vəziyyəti müzakirə etməkdən boyun qaçırdıqca, danışıqlar daha da uzanacaq. Cəbhə xəttlərindəki vəziyyət bunu əyani şəkildə nümayiş etdirir”.
Peskov əlavə edib ki, Ukrayna öz ərazilərini geri ala bilməz.
ABŞ ilə ikitərəfli münasibətlərin yaxşılaşdırılması prosesini şərh edən Peskov, “Təəssüf ki, bu proses bizim istədiyimizdən çox ləng gedir. Əvvəlki ABŞ administrasiyaları dövründə münasibətlərimizin düzəlməsi ciddi məsələ idi”.
Leyla Cəfərova

