PKK terror təşkilatı silahlı birləşmələrinin Türkiyə ərazisindən çıxarılmasının başa çatdığını elan edib.
Yeniera.az “Al Hadath” telekanalına istinadən xəbər verir ki, təşkilat bununla bağlı bəyanat yayıb.
“Türkiyə ərazisində, həmçinin sərhədə bitişik bölgələrdə olan qüvvələri geri çəkdik”, – bəyanatda deyilir.
Xatırladaq ki, 2025-ci ilin fevralında PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına müraciət edərək onları silahı yerə qoymağa çağırmışdı. Daha sonra PKK öz qüvvələrini Türkiyədən çıxarmaq barədə qərarını açıqlamışdı. 2025-ci ilin oktyabrında təşkilat toqquşma təhlükəsi olan bölgələrdən birləşmələrini çıxarıb, bir neçə gün əvvəl isə qalan qüvvələrin geri çəkilməsini tamamlayıb.

