Marketlərdə polietilen torbaların qiyməti yenidən bahalaşıb.
Yeniera.az xəbər verir ki, Bizim.Media-nın paytaxtdakı bir sıra ticarət obyektlərində apardığı müşahidələrə əsasən, kiçik ölçülü polietilen torbaların 3 qəpikdən 5 qəpiyə, böyük ölçülü torbaların qiyməti 5 qəpikdən 7 qəpiyə qaldırılıb.
Qeyd etmək lazımdır ki, Azərbaycanda 15 fevral 2023-cü il tarixindən etibarən alış-veriş zamanı istifadə olunan polietilen torbalar pulla satılmağa başlanılıb.
Bu qərar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinə rəhbərlik edilən məktubda əksini tapıb. Home əsasında, market kassalarında məhsulların yığılması üçün istifadə olunan 15-50 mikron qalınlığında polietilen torbalar ayrıca məhsul kimi ödənişli satılmalıdır.

