Polşanın baş naziri Donald Tusk Ukrayna prezidenti Volodimir Zelenskidən Polşada dəmir yolu təxribatında iştirak edən Ukrayna vətəndaşları barədə məlumat tələb edib.
Yeniera.az xəbər verir ki, o, bu barədə TVP Info kanalında yayımlanan Varşavada keçirilən “Biznes üçün Elm” konfransında bildirib.
“Polşa Rusiya xüsusi xidmət orqanları ilə bəzi Ukrayna vətəndaşları arasında mümkün əməkdaşlıqdan yarana biləcək potensial təhlükələri müəyyən etməyə kömək edəcək bütün mümkün məlumatların dərhal ötürülməsini gözləyir”, – hökumət başçısı telefon danışığı zamanı bildirib.
Tusk daha əvvəl dəmiryolunda baş verən partlayışda əli olanların müəyyən edildiyini açıqlamışdı. Şübhəlilərdən biri may ayında “Ukrayna ərazisində təxribat törətməkdə” təqsirli bilinib.
Yeganə

