Polşa hökuməti 2025-ci ilin sonuna kimi Aİ ölkələrinin vəsaitləri hesabına Amerika silahlarının alınmasını nəzərdə tutan PURL proqramına 100 milyon dollar ayıracaq.
Yeniera.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl jurnalistlərə bildirib.
“Mən həmçinin ilin sonuna qədər Xarici İşlər Nazirliyinin büdcəsindən PURL proqramı çərçivəsində Ukraynaya hərbi yardım üçün 100 milyon dollar köçürməyi planlaşdırıram, bizim (Aİ ölkələri nəzərdə tutulur) Amerika silahlarını alırıq”, – Sikorski bildirib.
İyul ayında ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton və Avropa ölkələri Ukraynaya hərbi yardımın göstərilməsi üçün yeni sxem üzrə razılığa gəliblər: Amerikanın silah tədarükü Avropa NATO müttəfiqləri tərəfindən ödəniləcək.
Yeganə

