Portuqaliyanın xarici işlər naziri Paulo Rangel Fələstin Dövlətini rəsmən tanıdıqlarını açıqlayıb.
Yeniera.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Xarici işlər naziri Portuqaliyanın Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyində çıxış edərkən deyib.
“Bu gün, 21 sentyabr 2025-ci ildə Portuqaliya Dövləti Fələstin Dövlətini rəsmi olaraq tanıdı. Burada elan edilən Fələstin Dövlətinin tanınması bəyannaməsi birbaşa Nazirlər Şurası tərəfindən verildi və Prezident və Parlamentdə yerləri olan siyasi partiyaların dəstəyini aldı” – deyə nazir qeyd edib.
Qeyd edək ki, Kanada, Avstraliya və Böyük Britaniya da Fələstin Dövlətini rəsmən tanıyıb.
Leyla Cəfərova

