Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycanda iki bank bağlanacaq: Krediti OLANLARIN NƏZƏRİNƏ!
  • İran bəyan etdi: Bu ərazilər vurulacaq
  • Pensiyalarla bağlı VACİB XƏBƏR: 8 yaşına çatmamış uşaq olduqda…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»VİDEO XƏBƏRLƏR»Prezident ABŞ-də səfərdədir – Foto+Video

Prezident ABŞ-də səfərdədir - Foto+Video

VİDEO XƏBƏRLƏR Ariz Əhədov18.02.2026 - 21:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkədə işgüzar səfərdədir.

YENİERA.az xəbər verir ki, fevralın 18-də dövlət başçısı Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) icraçı direktoru Elliot Brandt və digər rəhbər heyəti ilə görüşüb.

Söhbət zamanı Amerika İsrail İctimai Əlaqələr Komitəsinin nümayəndə heyətinin ölkəmizə səfəri və dövlət başçısı ilə görüşləri məmnunluqla xatırlanıb.

Azərbaycanda bütün dinlərin və mədəniyyətlərin nümayəndələrinin bir ailə kimi sülh və mehribanlıq şəraitində yaşadıqlarını, bunun dünya üçün nümunə olduğunu deyən Elliot Brandt ölkəmizdə yəhudi icmasına dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçısı Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin əsrlər boyu harmoniya şəraitində yaşadıqlarını vurğulayıb, tolerant mühitin ölkəmiz üçün tarixən həyat tərzi olduğunu deyib.

Görüşdə Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoq prosesinə qlobal səviyyədə verdiyi töhfələr yüksək qiymətləndirilib.

Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ əlaqələrinə toxunuldu, Donald Trampın hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyi vurğulanıb.

Bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə uğurlu səfərinə və “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının əhəmiyyətinə toxunulub. Bu Xartiyada ölkələrimiz arasında ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, süni intellekt və rəqəmsal transformasiya məsələlərinin də prioritet istiqamətlər kimi müəyyən edildiyi qeyd olunub.

Amerika İsrail İctimai Əlaqələr Komitəsinin Azərbaycan-ABŞ və Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin dərinləşdirilməsində rolu vurğulanıb.

Görüşdə ölkəmizlə bu təşkilat arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Bənzər Xəbərlər

11.03.2026 - 21:10Ariz Əhədov

Avtobuslarda gedişhaqqı ilə bağlı YENİLİK

11.03.2026 - 16:10Ariz Əhədov

İlham Əliyevin Koşta ilə təkbətək görüşü keçirilir - Fotolar

11.03.2026 - 16:08Ariz Əhədov

Prezident Fərman imzaladı

11.03.2026 - 16:05Ariz Əhədov

Koşta Şəhidlər xiyabanında - Fotolar

11.03.2026 - 15:05Ariz Əhədov

Bakıda küçədə çılpaq gəzən qadın saxlanıldı - VİDEO

11.03.2026 - 14:53Ariz Əhədov

Antonio Koşta Azərbaycana gəldi - Fotolar

11.03.2026 - 14:00Ariz Əhədov

Putin İlham Əliyevə zəng etdi

11.03.2026 - 13:01Ariz Əhədov

Piramida olmadığı deyilir, amma... - "QNet Azərbaycan"la bağlı REALLIQLAR

11.03.2026 - 12:47Ariz Əhədov

Prezidentin qızları və gəlini onları ziyarət etdi - Video

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 015

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 634

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 245

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 725
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.