Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Tapdıq Həsənov vəfat etdi
  • 3 gün dayanmadan yağış yağacaq – Bu tarixlərdə
  • 42 günlük karantin elan edilə bilər – RƏSMƏN açıqlandı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Prezident Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi – Foto

Prezident Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi - Foto

Siyasət Ariz Əhədov05.05.2026 - 20:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Prezidenti İlham Əliyev mayın 5-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Yeniera.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin Kaya Kallasla görüşləri məmnunluqla xatırlandı, onun 2025-ci ildə ölkəmizə səfəri zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd edilib.

Kaya Kallas Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Antonio Koştaya çatdırmağı xahiş edib.

Kaya Kallas Antonio Koştanın ölkəmizə səfəri zamanı dövlət başçısı və Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən birgə bəyanatın qəbul edilməsinin, həmin sənəddə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin strateji xarakterinin vurğulanmasının əhəmiyyətinə toxunub.

Qonaq Azərbaycanın Avropa İttifaqı üçün vacib tərəfdaş olduğunu deyib.

Prezident İlham Əliyev ölkəmizlə Avropa İttifaqı arasında enerji, bağlantılar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxunub. Dövlət başçısı Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, eyni zamanda, ölkəmizin isə enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu vurğulayıb. Bu xüsusda dövlətimizin başçısı qeyd etdi ki, bu yaxınlarda Azərbaycan qazı Avropa İttifaqının daha iki üzv ölkəsinə – Almaniyaya və Avstriyaya çatıb.

Söhbət zamanı Azərbaycan-Ermənistan sülh prosesinə toxunuldu, ölkəmizin sülh gündəliyinin gücləndirilməsi istiqamətində atdığı addımlar vurğulanıb. Azərbaycanla Ermənistan arasında artıq iqtisadi-ticari münasibətlərin yaradıldığı qeyd edilərək, bu xüsusda ölkəmizin Ermənistana gedən tranzit yüklərlə bağlı məhdudiyyəti birtərəfli qaydada aradan qaldırdığı bildirilib. Ötən gün İrəvanda keçirilmiş “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Azərbaycan Prezidentinin videobağlantı formatında iştirakı tarixi hadisə kimi dəyərləndirilib.

Görüşdə vurğulanıb ki, hazırda Azərbaycanla Avropa İttifaqının gündəliyində rəqəmsal transformasiya, süni intellekt, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər var.

Söhbət zamanı Avropa İttifaqının minatəmizləmə sahəsində Azərbaycana dəstəyi təqdir edildi, TRIPP layihəsinin fəaliyyətə başlaması ilə onun regionda bağlantılar baxımından yaxşı imkanlar yaradacağı qeyd olunub.

Dövlət başçısı və Kaya Kallas Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.

Bənzər Xəbərlər

10.05.2026 - 17:05Ariz Əhədov

“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”

10.05.2026 - 16:30Ariz Əhədov

Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - Video

10.05.2026 - 13:40Ariz Əhədov

“Bir dənə güllə atsaq, onların dabanları parlayacaq” - Prezident

10.05.2026 - 13:08Ariz Əhədov

Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib

10.05.2026 - 13:00Ariz Əhədov

İlham Əliyev Zəngilandakı ilk yaşayış kompleksinin açılışında - Fotolar

10.05.2026 - 11:40Ariz Əhədov

İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar

10.05.2026 - 11:15Ariz Əhədov

Prezident Slovakiya Baş nazirinə təşəkkür etdi

10.05.2026 - 01:00Ariz Əhədov

Prezidentin sosial media hesablarında Heydər Əliyevlə bağlı videoçarx paylaşılıb - Video

10.05.2026 - 00:30Ariz Əhədov

“Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” - İlham Əliyev

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 428

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 147

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 983

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 205
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.