• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
9°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Siyasət

Prezident qəbul keçirdi - FOTOLAR

05 Noyabr, 25 / 11:26
A A
Prezident qəbul keçirdi - FOTOLAR

Azərbaycan  Prezidenti İlham Əliyev bu gün Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib.

Yeniera.az xəbər verir ki, nümayəndə heyətinə İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir, OPEC Fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə, Əbu-Dabi İnkişaf Fondunun Baş direktoru, Əbu-Dabi İxracat Ofisinin (ADEX) İcraiyyə Komitəsinin sədri Məhəmməd Saif Əl-Süveydi, Səudiyyə İnkişaf Fondunun Baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad və Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun Baş direktoru vəzifəsini icra edən Valed Əl-Bahar daxildir.

Dövlət başçısı Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların xüsusilə indiki dövrdə – Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-tikinti işləri apardığı zaman ölkəmizdə sosial infrastrukturun inkişafı ilə bağlı layihələrə dəstək vermək niyyətini yüksək qiymətləndirib. Prezident İlham Əliyev vurğulayıb ki, bütün bunlar qonaqların təmsil etdikləri maliyyə institutları və ölkələrin xalqları ilə qardaşlıq, dostluq münasibətlərimizi genişləndirir.

Azərbaycanda əsas infrastruktur layihələrinin artıq tamamlandığını deyən dövlət başçısı su, nəqliyyat və digər sahələr üzrə dövlət proqramlarının icra edildiyini və gələcəkdə də müxtəlif istiqamətlər üzrə dövlət proqramlarının qəbul olunacağını vurğulayıb.

Görüşə görə nümayəndə heyətinin adından dövlət başçısına təşəkkür edən İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir işğaldan azad edilmiş Qarabağda, Şuşada olmaqdan məmnunluğunu bildirib, orada aparılan işlərin dərin təəssürat hissi doğurduğunu deyib.

Söhbət zamanı Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında uğurlu və səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, ölkəmizdə yaradılan əlverişli investisiya və biznes mühitinə toxunulub, əməkdaşlığın perspektivləri müzakirə edilib. Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.







Ən son xəbərləri bizim Instagram hesabımızda izləyin @yeniera
Öncəki Yazı

Azərbaycanda vəkil hoteldə öldü

Növbəti Yazı

Pensiya ilə bağlı YENİLİK - ARTIRILIR

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.