Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Qalmaqallı prokuror işdən çıxarıldı
  • “Mən günahkaram ki, kimsə 300-500 manat maaş alır?” – Deputatdan ŞOK AÇIQLAMA
  • Bu şəxslərin pensiyası ÖVLADINA VERİLƏCƏK
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Prezident Şahbaz Şərifi təbrik etdi

Prezident Şahbaz Şərifi təbrik etdi

Siyasət Ariz Əhədov23.03.2026 - 11:10
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb.

Yeniera.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Baş nazir,

Əziz Qardaşım,

23 Mart − Pakistan Günü münasibətilə Sizə və qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Dərin tarixi köklər, ortaq dini-mənəvi dəyərlər ilə bir-birinə bağlı olan qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Pakistan münasibətləri bu gün yüksək pillədə qərarlaşmışdır. Ali səviyyəli müntəzəm qarşılıqlı səfərlər, sıx təmaslarımız, aramızdakı fəal dialoq dövlətlərarası münasibətlərimizin bütün sahələrdə möhkəmlənməsinə, həm ikitərəfli əsasda, həm də çoxtərəfli müstəvidə yeni tərəfdaşlıq imkanlarının reallaşmasına mühüm təkan verir. Bu əsnada keçən il ölkəmizə həyata keçirdiyiniz səfərləri xüsusi qeyd etmək istərdim.

Azərbaycan ilə Pakistan arasında əlaqələr çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir. Ölkələrimizin siyasi, iqtisadi, ticari, sənaye, enerji, nəqliyyat-logistika, müdafiə, investisiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı gündən-günə yeni məzmunla zənginləşir. Bir müddət əvvəl İslamabadda ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması genişmiqyaslı dövlətlərarası əməkdaşlığımızın yeni praktiki nəticəsidir. İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlər xalqlarımızın rifahına və firavanlığına, regionumuzda əməkdaşlığa xidmət edir.

Çoxtərəfli əsasda da Azərbaycan ilə Pakistan arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlıq uğurla davam edir. Regional və qlobal məsələlərə ortaq baxışlarımız, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyimiz Azərbaycan-Pakistan qardaşlığının və həmrəyliyinin bariz nümunələridir.

Dövlətlərarası əlaqələrimizin və strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi naminə daim nümayiş etdirdiyiniz qətiyyətinizi və əzminizi çox yüksək qiymətləndirirəm.

Əminəm ki, qardaş ölkələrimiz arasında formalaşmış və xalqlarımızın ümumi mənafelərinə tam cavab verən Azərbaycan-Pakistan strateji tərəfdaşlığı birgə qətiyyətli səylərimiz sayəsində bundan sonra da möhkəmlənməyə və dərinləşməyə davam edəcəkdir.

Bu bayram günündə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının əmin-amanlığı və firavanlığı naminə məsul və şərəfli fəaliyyətinizdə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram”.

Bənzər Xəbərlər

25.03.2026 - 23:36Ariz Əhədov

"Mən günahkaram ki, kimsə 300-500 manat maaş alır?" – Deputatdan ŞOK AÇIQLAMA

25.03.2026 - 14:44Ariz Əhədov

Xəzərdə zəlzələ oldu

25.03.2026 - 12:40Ariz Əhədov

İlham Əliyev açılışda iştirak etdi - Fotolar

25.03.2026 - 11:50Ariz Əhədov

Azərbaycandan Ermənistana növbəti dəfə Rusiya buğdası göndərildi - Fotolar

25.03.2026 - 11:20Ariz Əhədov

Prezident həmkarını təbrik etdi

24.03.2026 - 23:46Ariz Əhədov

Səbinə Əliyeva Vardanyanla görüşdü

23.03.2026 - 15:50Ariz Əhədov

“Rusiyadan izahat gözləyirik” - Rəsmi Bakı

23.03.2026 - 13:55Ariz Əhədov

Çin Sədri İlham Əliyevi təbrik etdi

23.03.2026 - 13:00Ariz Əhədov

ABŞ bu iki ərazini ələ keçirsə, İran adlı dövlət məhv olacaq - YENİ GƏLİŞMƏ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 538

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 758

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 568

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:213. 876
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.