Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Xameneinin SAĞLAMLIĞI ÜÇÜN 10 min qoyun kəsiləcək
  • Cəmi 1 ədəd istehsal edildi: 40 milyon dollara SATILDI – FOTO
  • Avqustun sonuna kimi çətin sınaqlarla qarşılaşacaq bürclər
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Prezident yeni elektrik avtobuslarına mindi

Prezident yeni elektrik avtobuslarına mindi 

Siyasət Gülnar Əliyeva11.08.2026 - 20:15
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar.

Yeniera.az xəbər verir ki, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dövlət başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verdilər.

Əvvəlcə Prezident İlham Əliyevə Zəngəzur dəhlizi üzrə dəmir yollarının tikintisi layihələri barədə məlumat verildi. Bildirildi ki, bu layihələr yekunlaşdıqdan sonra dəmir yolunun buraxılış qabiliyyəti illik 15 milyon ton nəzərdə tutulur. Horadiz-Yuxarı Mərcanlı-Soltanlı stansiyalarını əhatə edən 30 kilometrlik hissə müvəqqəti istismara verilib və 2024-cü ilin mayından “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına yükdaşımalar həyata keçirilir. Bu günədək həmin istiqamət üzrə ümumilikdə 43 min ton yük daşınıb.

Naxçıvan dəmir yolu xəttinin layihələndirilməsinə və tikinti işlərinin icrasına 2025-ci ildən başlanılıb. Hazırda xəttin uzunluğu 188 kilometrdir, yeni layihəyə əsasən isə bu göstərici 194,2 kilometr təşkil edəcək. 10 stansiyanın və 3 sərnişin dayanacağı platformasının yenidən qurulması nəzərdə tutulur.

Hazırda Naxçıvan dəmir yolu xəttinin Salamməlik stansiyasından Ermənistanla dövlət sərhədinədək olan 7 kilometrlik hissəsi üzrə layihələndirmə işləri tamamlanıb və tikinti işlərinə başlanılıb. Ərazidə mühəndislik və infrastrukturun yaradılması işlərinin bir qismi yekunlaşıb, digər hissəsi isə davam edir.

Əraziyə hazırda 7 kilometrlik rels və 7 min ədəd şpal daşınıb. Burada sentyabrın sonunadək yolun üst quruluşunun 6,3 kilometrlik hissəsinin quraşdırılması planlaşdırılır. Sərhəddən 700 metr məsafədə yerləşən qalan hissədə isə minatəmizləmə işləri tamamlandıqdan və layihələrin uzlaşdırılması məqsədilə TRIPP marşrutu üzrə layihə hazır olduqdan sonra tikinti-quraşdırma işlərinə başlanılması nəzərdə tutulur. Eyni zamanda, Sədərək stansiyasından Türkiyə ilə dövlət sərhədinədək olan hissənin gələcəkdə Türkiyə tərəfindən icra edilən Qars-İğdır-Dilucu dəmir yolu ilə texniki və layihə baxımından uyğunlaşdırılması planlaşdırılır. Hazırda qeyd olunan dəmir yolu xətti üzrə Türkiyə tərəfindən layihələndirmə işləri aparılır.
Ətraflı
Ad – 00:12

“Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncama əsasən, şəhərin ictimai nəqliyyat sistemində sərnişindaşımanın yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə ölkəmizdə yığılan və uzunluğu 8,7 metr olan, hər biri 53 sərnişin tutumuna malik “BYD” markalı 60 avtobus alınıb, enerjidoldurma cihazları quraşdırılıb, avtobuslara xidmət göstərilməsi üçün depo infrastrukturu təkmilləşdirilib.

Hərəkətin idarə olunması üçün rəqəmsal dispetçer və monitorinq sistemi quraşdırılıb, həmçinin avtobuslarda bank kartları, QR kod, “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş imkanları yaradılıb.

Bu layihənin icrası ilə Naxçıvan şəhərində 9 marşrut xətti üzrə il ərzində 4,5 milyon sərnişinə yüksək səviyyədə xidmət göstərilə bilər.

Monitorinq mərkəzi vasitəsilə avtobusların hərəkəti real vaxt rejimində izləniləcək. Bu da sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasına nəzarəti təmin edəcək.

“BakuBus” MMC-nin Naxçıvan şəhərində fəaliyyətə başlaması ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və ödəniş proseslərinin tam nağdsız formata keçirilməsinə mühüm töhfə verəcək.

Üç hektara yaxın ərazisi olan depoda zəruri infrastruktur yaradılıb, o cümlədən texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli elektrikdoldurma stansiyası və saatda 15 avtobusun yuyulmasına imkan verən kompleks quraşdırılıb. Depo ikinövbəli iş rejimində fəaliyyət göstərəcək və 200 sürücü, 22 inzibati heyət işlə təmin ediləcək. Sürücülərin aylıq əməkhaqqı isə 1000 manatdan çox olacaq.

Bənzər Xəbərlər

17.08.2026 - 00:15Gülnar Əliyeva

Xameneinin SAĞLAMLIĞI ÜÇÜN 10 min qoyun kəsiləcək

16.08.2026 - 23:56Gülnar Əliyeva

Cəmi 1 ədəd istehsal edildi: 40 milyon dollara SATILDI - FOTO

16.08.2026 - 23:54Gülnar Əliyeva

Avqustun sonuna kimi çətin sınaqlarla qarşılaşacaq bürclər

16.08.2026 - 23:33Gülnar Əliyeva

Tanınmış iş adamı VƏFAT ETDİ - FOTO

16.08.2026 - 22:55Gülnar Əliyeva

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa... - Həkim səbəbləri AÇIQLADI

16.08.2026 - 22:54Gülnar Əliyeva

Bakıdan bu istiqamətə axın başladı – Sentyabrda nə olacaq? 

16.08.2026 - 21:42Gülnar Əliyeva

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

16.08.2026 - 21:00Gülnar Əliyeva

Ərinin ikinci arvadının ölməsi üçün “falçı”ya 14 min manat verdi - Bakıda

16.08.2026 - 20:27Gülnar Əliyeva

Subay kişilərə ŞOK QADAĞA - Qadınla birlikdə gəlməsələr...

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 789

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 911

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 877

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 707
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.