Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Məktəbdə insident: müəllim valideyni döydü
  • Zabil İbayev vəfat etdi – FOTO
  • Maaşlar artıq belə ÖDƏNİLƏCƏK
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Prezidentdən Azərbaycanın pravoslav xristian icmasına təbrik

Prezidentdən Azərbaycanın pravoslav xristian icmasına təbrik

Siyasət Ariz Əhədov09.04.2026 - 17:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb.

Yeniera.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli həmvətənlər!

Sizi – Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm.

Azərbaycanda yüzillərdir hökm sürən tolerantlıq mühiti burada məskunlaşmış ayrı-ayrı xalqların, etiqad və inancların mənsubları arasında nümunəvi və harmonik ictimai münasibətlərin bərqərar olmasında müstəsna rol oynamışdır. Biz cəmiyyətimizdə tarixən formalaşmış etnik-mədəni müxtəlifliyi, milli-mənəvi dəyərləri və multikultural ənənələri müasir dövlətçiliyimizin unikal sərvəti kimi qiymətləndiririk.

Hazırda ölkəmizdə demokratik-hüquqi prinsiplərin təmin edilməsi, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsə, o cümlədən xristian icmasına özünəməxsus adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradır. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızda fəal iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər.

Əziz dostlar!

Dirçəlişin, yeniliyin, mərhəmət və şəfqət duyğularının rəmzi olan Pasxa bayramı hər il Azərbaycanda təntənə ilə qeyd olunur. Bir daha hər birinizə səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!”

Bənzər Xəbərlər

10.04.2026 - 14:46Ariz Əhədov

Baş nazir qərar imzaladı

10.04.2026 - 12:00Ariz Əhədov

Sürücülük vəsiqələrimiz Belarusda da tanınacaq

09.04.2026 - 23:31Ariz Əhədov

Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?

09.04.2026 - 16:15Ariz Əhədov

Prezidentdən Yaşar Əməşovla bağlı SƏRƏNCAM

09.04.2026 - 15:54Ariz Əhədov

Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşdü - Fotolar

09.04.2026 - 14:50Ariz Əhədov

Siyasi partiyalar maliyyə hesabatlarını təqdim etdi

09.04.2026 - 12:06Ariz Əhədov

İlham Əliyev daha bir qəbul keçirdi - Fotolar

09.04.2026 - 11:53Ariz Əhədov

Prezident qəbul keçirdi - Fotolar

09.04.2026 - 11:47Ariz Əhədov

Litva Baş naziri Şəhidlər xiyabanında - Fotolar

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:285. 924

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 844

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 808

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 008
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.