• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
8°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Özəl

"Proseslərin gedişi bu məcrada davam etsə, Qərb-Rusiya müharibəsinin şahidi olacağıq"

17 Oktyabr, 25 / 16:33
A A
"Proseslərin gedişi bu məcrada davam etsə, Qərb-Rusiya müharibəsinin şahidi olacağıq"

“Trampla Putin arasındakı telefon danışığı Rusiya-Ukrayna müharibəsində eskalasiyanın təhlükəli mərhələsinə keçməmək üçün son şanslardan biri kimi dəyərləndirilməlidir”.

Bu sözləri Yeniera.az-a açıqlamasında politoloq Zaur İbrahimli söyləyib.

Politoloq qeyd edib ki, prezidentlərin Budapeştdə bir araya gəlməsi barədə ilkin razılıq əldə etmələri hər iki tərəfin də növbəti dəfə danışıqlarda özünü sınama istəyini göstərir:

“Eskalasiyanın daha da gərginləşməsi Rusiya baxımdan çox ciddi təhdidlər yaradır. Avropa ölkələri də real təhdidlə üz-üzə qala bilərlər. Həmçinin qlobal miqyasda sabitlik pozula və nəzarət oluna bilməyən xaotik proseslər başlaya bilər. Bu baxımdan prezidentlərin Budapeştdə bir araya gəlməsinə razılıq verməsinə təəccüblənmək lazım deyil. Hazırda Rusiya-Ukrayna müharibəsi hər iki tərəfin böyük resurslarını israf edir. Xüsusən Rusiya iqtisadiyyatı ciddi təhdidlərlə üzləşir, həmçinin Rusiya rəhbərliyi yenidən səfərbərlik etmək məcburiyyətində qaldı. Eyni zamanda, Ukrayna da itkilər verir, Avropa İttifaqı (Aİ) Ukraynanı dəstəkləmək üçün böyük resurslar sərf edir. Hiss olunur ki, müqabil şərtlər olarsa, tərəflər növbəti qarşıdurma mərhələsinə getmək istəmirlər. Amma bu, o demək deyil ki, tezliklə sülh əldə oluna bilər. Ən vacib məsələ Rusiyanın öz şərtlərinə yenidən nəzər salması ilə bağlıdır. Rusiyanın strateji məqsədi Ukraynanı öz təsir orbitində saxlamaq və gələcəkdə rəsmi Kiyevin həm daxili, həm də xarici siyasəti üzərində güclü təsir rıçaqları əldə etməkdir”.

Z.İbrahimlinin sözlərinə görə, Moskva üçün indiki təmas xəttində atəşkəsin elan olunması, Krımın işğal olunmuş ərazilərinin “defakto” və “deyure” olaraq Rusiya ərazisi kimi tanınması üçün addımlar atılır:

“Rusiya-Ukrayna müharibəsində atəşkəsin əldə olunması ilə bağlı Trampın təklif etdiyi və Kremlin qəbul etmədiyi planın məğzi bu idi. O zaman Putin daha ağır şərtlər irəli sürdü və Avropalı partnyorlar buna qarşı çıxdıqdan sonra gərginliyin yeni mərhələsinin şahidi olduq. Danışıqlar ona görə vacibdir ki, gərginliyin növbəti mərhələsi daha dağıdıcı ola bilər. Eyni zamanda müharibə Rusiya-Ukrayna arasında deyil, Qərb-Rusiya müharibəsinə çevrilə bilər. Son bir ildə artıq Qərb ölkələri yalnız hərbi müşavirlərlə deyil, bir çox vasitələrlə də Ukraynaya dəstək verirlər. Lakin Rusiyanın gərginliyi artırması istər-istəməz onların hərbi iştirakının da artmasına səbəb olacaq. Bu isə sonsuza qədər davam edə bilməz, proseslərin gedişi bu məcrada davam etsə, Qərb-Rusiya müharibəsinin şahidi olacağıq. Bu gedişat Rusiya üçün də arzuolunmazdır. Hər nə qədər qəribə görünsə də, əslində, Kreml danışıqlar istəyirdi, böhranın miqyasını böyütməklə yeni danışıqlar mərhələsinə başlamağa çalışırdı və Tramp bu imkanı yaratdı. İndi Rusiyanın öz şərtlərinə yeni nəsə əlavə edib-etməyəcəyi vacib məslələrdən biridir. Hesab edirəm ki, Rusiya da gərginliyin növbəti mərhələsini istəmir və müəyyən qədər Trampın yeni şərtlərini müzakirə etməyə hazırdır. Bir sözlə, danışıqlar üçün zəminlər var, bu zəmin ilk növbədə tərəflərin qarşıdurmanın miqyasını böyütməməkdə maraqlı olmaqlarıdır”.

Ariz Həsənoğlu

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin @yeniera
Öncəki Yazı

Mehdiyevin AMEA-da üzvlüyü ilə bağlı məsələyə baxılır - QƏRAR VERİLƏCƏK

Növbəti Yazı

Azərbaycandakı heyvan bazarlarında məhdudiyyətlər tətbiq ediləcək

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.