Bu həftə astroloji baxımdan ən çox diqqət çəkən bürclər Buğa və Əqrəb olacaq.
Yeniera.az xəbər verir ki, göy üzündə baş verən dəyişikliklər bu bürclərin nümayəndələrinin həm maddi, həm də şəxsi həyatında mühüm yeniliklər vəd edir.
Buğa bürcü üçün gözlənilməz maliyyə imkanları ön plana çıxır. Keçmişdə edilən kiçik sərmayələrdən qazanc əldə etmək və ya unudulmuş borcların geri qayıtması mümkündür. Eyni zamanda, yeni gəlir mənbələri ilə bağlı intuisiya güclənəcək. Astroloqlar Buğalara tərəddüd etdikləri layihələrdə ilk addımı atmağı tövsiyə edirlər.
Əqrəb bürcü isə şəxsi həyatında “detoks” mərhələsinə qədəm qoyur. Ətrafdakı bəzi insanların əsl siması üzə çıxa bilər və bu proses Əqrəblərə artıq yükə çevrilən münasibətlərdən uzaqlaşmağa kömək edəcək. Bununla yanaşı, yüksələn enerjiləri sayəsində yeni tanışlıqların yaranması və ya yarımçıq qalmış sevgi hekayələrinin yenidən canlanması ehtimalı da var. Metbuat.az
