Rusiya prezidenti Vladimir Putin dekabrın 12-də Türkmənistana səfəri zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla bir sıra ikitərəfli görüşlər keçirəcək.
Yeniera.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Putinlə Ərdoğan arasında görüş nəzərdə tutulub.
Qeyd edək ki, Putin Aşqabadda Beynəlxalq Bitərəflik Günü və Türkmənistanın daimi neytrallığının 30-cu ildönümünə həsr olunmuş forumda iştirak edəcək.
YENİERA.AZ

