Rusiya prezidenti Vladimir Putinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffla görüşü təxminən üç saatdır davam edir.
Yeniera.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Rusiya tərəfdən görüşdə prezidentin köməkçisi Yuri Uşakov və xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndə, Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev, ABŞ tərəfini isə Affinity Partners şirkətinin təsisçisi, sahibkar və investor Cared Kushner danışıqlarda iştirak edir.
Yeniera.az

