Şimali Koreyanın strateji çəkindirici qüvvələri Koreya yarımadasında sülh və qüvvələr balansına zəmanət verir.
Yeniera.az xəbər verir ki, bunu KXDR xarici işlər nazirinin müavini Kim Sonq Gyonqbildirib.
“Koreya yarımadasındakı mürəkkəb vəziyyətə baxmayaraq, silahlar səssizdir, sülh və təhlükəsizliyə möhkəm təminat verilir. Bu, dövlətimizin ABŞ və onun müttəfiqlərinin artan təhdid və təcavüzü ilə mütənasib olan çəkindirici potensiala malik olması ilə əlaqədar danılmaz reallıqdır”, – Kyonq deyib.
Onun sözlərinə görə, Şimali Koreyanın nüvə potensialı Pxenyanın əleyhdarlarının “müharibəyə təhrik etmək” istəyini boğur.
Rza Əli

