Qəzza hökuməti xalqı qatil israillilərin həyata keçirdiyi iki illik soyqırımından qalan partlamamış hərbi sursatlara yaxınlaşmamaq barədə xəbərdarlıq edib.
Yeniera.az xəbər verir ki, Qəzzadakı hökumət mətbuat ofisindən verilən yazılı açıqlamada, soyqırım törədən İsrail ordusuna aid partlamamış hərbi sursatlara və şübhəli əşyalara toxunma nəticəsində ölən və yaralananların olduğu bildirilib.
Camaat bu cür sursat tapdıqda dərhal oranı tərk etməyə və onlara heç vaxt toxunmamağa çağırılır.
Bu gün səhər saatlarında tibb mənbələri Qəzza şəhərinin mərkəzində Əl-Cəla küçəsində şübhəli obyektin partlaması nəticəsində bir uşağın xəsarət aldığını bildirib.
Qəzza hökuməti oktyabrın 17-də Qəzzada mülki əhali üçün təhlükə yaradan təxminən 20.000 partlamamış mərmi və raket tapıldığını açıqlayıb.
Yeganə

