Qəzza zolağında Məmlüklər dövründə tikilmiş və İsrailin bölgəni hədəf alan hücumlarına qədər dayanan Paşa sarayının demək olar ki, 70 faizi bu gün dağıdılıb, içərisindəki tarixi əsərlər isə oğurlanıb.
Yeniera.az xəbər verir ki, İsrail Qəzza zolağına qarşı soyqırımı zamanı təkcə dinc əhalini qətlə yetirib, ev və tikililəri dağıdıb, həm də bölgənin tarixi yerlərini hədəf alıb.
Qəzzada Məmlüklər dövründə inşa edilən Paşa sarayı da İsrailin hədəf aldığı tikililərdən biri olub.
İsrail ordusunun 1994-cü ildə geri çəkilməzdən əvvəl (Oslo razılaşmasından sonra) hücumları zamanı böyük ziyan görən saray, İsrailin son hücumları zamanı da daha çox dağıntı və talanlara məruz qaldı.
İsrail ordusu Qəzza zolağına qarşı iki il davam edən hücumu zamanı Paşa Sarayından təxminən 20.000 nadir arxeoloji əsəri qarət edib və sonra onu dağıdıb.
Texniki işçilər və fəhlələr əsasən dağılmış sarayın qalıqlarını xilas etmək üçün dağıntılar arasında işləyirlər. İbtidai avadanlıq və məhdud resurslardan istifadə edərək texniki işçilər səpələnmiş artefaktları axtarır, Qəzzanın tarixi şəxsiyyətindən qalanları qorumağa çalışırlar.
Yeganə

