BMT-nin baş katibi Antonio Quterreş Qəzzada atəşkəsin dəfələrlə pozulduğunu, lakin qüvvədə olduğunu bildirib və ikinci mərhələ üçün danışıqların başlanmasına çağırıb.
Yeniera.az xəbər verir ki, Quterreş BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında Afrika İttifaqı ilə BMT arasında yüksək səviyyəli görüşdən sonra Afrika İttifaqı Komissiyasının sədri Mahmud Əli Yusufla birlikdə mətbuatın suallarını cavablandırıb.
Quterreş Qəzzada atəşkəs və humanitar yardım vəziyyəti ilə bağlı qiymətləndirməsi ilə bağlı suala belə cavab verib: “Qəzzada atəşkəs “kövrəkdir”, dəfələrlə pozulub, lakin hələ də qüvvədədir”.
Quterreş həmçinin qeyd edib: “Atəşkəs rejiminə tam əməl olunmasına, Fələstin xalqının öz müqəddəratını təyin etməsi üçün lazımi şəraitin yaradılmasına və iki dövlətli həllin həyata keçirilməsinə səbəb olacaq danışıqların ikinci mərhələsinin açılmasına çağırıram”.
Humanitar yardım axınında hələ də maneələrin və çətinliklərin olduğunu vurğulayan Quterreş, Qəzzada humanitar yardımları əhəmiyyətli dərəcədə artırdıqlarını və BMT-nin bundan sonrakı addımlarının BMT Təhlükəsizlik Şurası tərəfindən müəyyən ediləcəyini bildirib.
Yeganə

