Qatil İsrail ordusunun Qəzza zolağında 2023-cü ilin oktyabrında başlayan hücumları nəticəsində ölənlərin sayının 69 513 nəfərə yüksəldiyi bildirilib.
Yeniera.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi, İsrailin hücumlarında ölənlərlə bağlı son məlumatları verən yazılı açıqlama yayıb.
Son 48 saatda dağıntılar altından 2 nəfərin cəsədi çıxarılıb, İsrailin son hücumları nəticəsində 5 nəfər ölüb, 33 nəfər yaralanıb. Atəşkəsin qüvvəyə mindiyi vaxtdan 280 nəfər həlak olub, 672 nəfər yaralanıb, dağıntılar altından 571 nəfərin cəsədi çıxarılıb.
2023-cü ilin oktyabrından bu yana İsrailin hücumları nəticəsində ölənlərin sayının 69 513 nəfərə, yaralıların sayının isə 170 745 nəfərə yüksəldiyi bildirilib. Qəzza zolağında atəşkəsə baxmayaraq, İsrail ordusu müxtəlif bəhanələrlə fələstinlilərə qarşı tez-tez hücumlar təşkil edir.
Yeganə

