İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı son 24 saatda 33 nəfər artaraq 69 546 nəfərə çatıb.
Yeniera.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlar, həmçinin dağıntılar altından çıxarılan cəsədlərlə bağlı son məlumatlarla bağlı yazılı açıqlama yayıb.
Son 24 saat ərzində İsrailin hücumlarında 12-si uşaq, 8-i qadın olmaqla 32 fələstinlinin öldürüldüyü bildirilir. Dağıntılar altından bir nəfərin meyiti çıxarılıb, 88 nəfər yaralanıb.
Atəşkəs qüvvəyə minəndən bəri 312 nəfər həlak olub, 760 nəfər yaralanıb, dağıntılar altından 572 cəsəd çıxarılıb.
İsrailin Qəzza zolağına 2023-cü ilin oktyabrında başlayan hücumları nəticəsində ölənlərin sayı 69 min 546, yaralıların sayı isə 170 min 833-ə yüksəlib.
Yeganə

