2023-cü ilin oktyabr ayından İsrailin əməliyyatları nəticəsində Qəzza zolağında demək olar ki, bütün məktəb binaları yerlə-yeksan edilib.
Yeniera.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Fələstin üzrə nümayəndəsi bildirib .
“Qəzzada məktəb binalarının 97%-i anklavdakı müharibə nəticəsində tamamilə dağılıb. Son iki ildə 670 mindən çox məktəbli dərslərdə iştirak etmək imkanından məhrum edilib”, – “Əl-Cəzirə” telekanalı onun sözlərindən sitat gətirib.
O, həmçinin bəyan edib ki, 2023-cü ilin oktyabrından İsrail anklavda təhsil prosesi ilə bağlı hər hansı materialın çatdırılmasını da qadağan edib.
Gülnar Həmidova

