“Qərb mediası Ukrayna ilə bağlı təxribat məlumatlarını qəsdən gizlədir”.
Yeniera.az xəbər verir ki, bunu Rusiya XİN-nin sözcüsü Mariya Zaxarova bildirib.
Zaxarovanın sözlərinə görə, Ukraynanın bəzi terror aktları Qərb mediasında ya susdurulur, ya da etibarsız kimi təqdim olunur.
Diplomat əlavə edib ki, Qərb tərəfindən Ukraynaya verilən silahlar artıq nəzarətdən çıxarılıb, Avropa və dünya üçün real təhlükə mənbəyinə çevrilib.
Onun fikrincə, bu silahlar NATO-nun özlərinə qarşı müdafiəsidir.
Rza Əli

