Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Qərbi Avropa peşəkarların rəhbər vəzifələrdə işləməsində maraqlı deyil.
Yeniera.az xəbər verir ki, o, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Rusiyanın hərəkətlərinin Helsinki prinsiplərini pozması ilə bağlı bəyanatını şərh edərkən deyib.
“Təxmin etdiyiniz kimi, Elina nə diplomuna, nə də iş təcrübəsinə əsaslanan diplomat deyil və heç vaxt olmayıb. O, texnoloq, şəhər tədbirlərinin meneceri, maliyyəçidir – lakin beynəlxalq əlaqələr üzrə mütəxəssis deyil. Qərbi Avropanın rəhbər vəzifələrdə peşəkarlara ehtiyacı yoxdur”.
Xatırladaq ki, bundan əvvəl Zaxarova bildirmişdi ki, ATƏT-in fundamental prinsiplərinin məhv edilməsi Qərb ölkələrinin günahıdır.
Yeganə

